Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib

post-img

Cari ilin 9 ayında Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 ədəd və ya 25,6 faiz çox olub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, mənşə sertifikatları əsasən tikinti, mineral sular, meyvə-tərəvəz, tütün məmulatları və digər məhsulların ixracı üçün təqdim olunub.

Muxtar respublikada istehsal olunan məhsulların əsas ixrac istiqamətləri isə ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Tacikistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Fələstin olub.

Səbuhi Həsənov
XQ

 

İqtisadiyyat