“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, MSK əlilliyi olan və bu kateqoriyaya daxil seçicilərin hamısını məntəqələrə dəvət edir. Onların siyahısının hazır olduğunu və səs verəcəkləri məntəqələrdə xüsusi şəraitin yaradıldığını diqqətə çatdıran M.Pənahov sözlərinə onu da əlavə edib ki, görmə qabiliyyətində problemi olan seçicilər üçün “Brayl” əlifbası ilə trafaret çap edilib və bütün seçki dairələrinə göndərilib.

