Daxili işlər nazirinin sıra baxışı

post-img

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 27-də respub­likanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzu­sunda olan gənclərin növbəti sıra baxı­şını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mər­hələsinə buraxılıb ki, onlardan da 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlə­rindən də uğurla keçərək daxili işlər orqan­larında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

XQ



Son xəbərlər