Nazir Rəşad Nəbiyev “Google” şirkətinin beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri Reyçel Koulman ilə görüşüb

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Google” şirkətinin beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri Reyçel Koulman ilə görüşüb.

XQ xəbər verir ki, görüş zamanı “Google” ilə “bulud” innovasiya laboratoriyaları, bacarıq proqramları da daxil olmaqla, innovasiya və startap ekosisteminin qurulması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Son xəbərlər