İslamabadın beyin mərkəzində “Türkiyə və Azərbaycan” proqramı

post-img

Pakistan Xarici İşlər Nazirliyinə bağlı fəaliyyət göstərən və bu ölkənin ən nüfuzlu beyin mərkəzlərindən olan Regionşünaslıq İnstitutunun tərkibində xüsusi analitik şöbə kimi yaradılan “Türkiyə və Azərbaycan” proqramının açılışı olub, habelə bu münasibətlə təşkil edilmiş “Ortaq perspektivlər və regional sabitlik: Türkiyə, Azərbaycan və Pakistan” adlı seminar keçirilib.

Tədbirdə Azərbaycanın səfiri Xəzər Fərhadovun, Türkiyənin səfiri İrfan Neziroğlunun və həmin beyin mərkəzinin prezidenti səfir Cauhar Salimin məruzələri dinlənilib. Çıxışlar zamanı 3 dost ölkə arasında ortaq tarixi, dini və mədəni təməllər üzərində qurulmuş qardaşlıq əlaqələrinin keçmişi, bu günü və sabahı barədə iştirakçılara məlumat verilib. 

Qardaş ölkələr arasındakı bağların möhkəmləndirilməsində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin müstəsna rolu xüsusilə vurğulanıb. Qeyd olunub ki, üçtərəfli əməkdaşlıq formatının davamlı olması üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə də xidmət edəcək. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

XQ

 

Son xəbərlər