Azərbaycan kitabı Rabat sərgisində

post-img

Mərakeşin Rabat şəhərində XXX Rabat Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb, Azərbaycan builki sərgidə milli stendlə təmsil olunur.

Mədəniyyət Nazirliyinin bu barədə məlumatında bildirilib ki, ölkəmizlə bağlı yeni çıxan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə ziyarətçilərə geniş məlumat verilir.

Sərginin açılış mərasimində Mərakeş Krallığının dövlət rəsmiləri, tanınmış ədəbiyyat adamları və yerli media nümayəndələri iştirak ediblər.

XQ

Mədəniyyət