1990-cı il yanvarın 20-si Azərbaycan tarixinin ən faciəli, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş günlərindən biridir. Bu hadisə milli müstəqillik və azadlıq uğrunda mübarizənin rəmzi kimi yadda qalıb. Həmin gecə Vətən və xalq naminə canlarından keçən vətənpərvər övladlarımız şəhidlik zirvəsinə ucalıblar.
20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib.
Faciənin 36-cı ildönümü ilə əlaqədar Göygöl rayonunda anım tədbiri keçirilib. Tədbirdə RİH-nin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunub, xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri










