Londonda alimlər süni intellektlə işləyən yeni stetoskop hazırlayıblar. Bu cihaz cəmi 15 saniyəyə ürək çatışmazlığını, ürək qapağı xəstəliklərini və ritm pozuntularını müəyyən edə bilir.
Yeni cihaz həm ürək döyüntülərini, həm də qan axınını analiz edir və sürətli EKQ çəkir. Süni intellekt toplanan məlumatı yoxlayır və nəticəni dərhal həkimin telefonuna göndərir. Aparılan sınaqlar zamanı cihazdan istifadə olunan xəstələrdə ürək xəstəlikləri adi müayinələrlə müqayisədə 2-3 dəfə daha çox aşkar olunub.
Mütəxəssislərin fikrincə, bu texnologiya ürək xəstəliklərinin daha erkən aşkar olunmasına kömək edəcək və insanların vaxtında müalicə almasına imkan yaradacaq.
XQ