Vaşinqton sammiti – geosiyasət, təhlükəsizlik və iqtisadiyyat

post-img

– ˝Zəngəzur dəhlizi – Tramp marşrutu˝nun formalaşdırılmasında yeni yanaşma ˝geosiyasi yanaşma˝dan imtina olunaraq nəqliyyat dəhlizinin kommersiyalaşdırılması prinsipinin prioritet olmasıdır;

– Azərbaycanın TRİPP-in iqtisadi baxımdan rentabelli, sərmayələrin az riskli və təhlükəsiz olması üzərində inhisarçı mövqeyi var;

– Paraflanmış sülh sazişi hərbi-siyasi status-kvonu qoruyur;

– Sülh sazişinin 9-cu maddəsi L.T.Petrosyan, R.Koçaryan və S.Sarkisyan kimi müharibə cinayətkarlarına qarşı birgə istintaq tədbirləri görmək üçün hüquqi zəmin yaradır;

– Dünyanın əsas güc mərkəzləri ilə strateji tərəfdaşlıq qurmaq planı uğurla başa çatdırıldı;

– Cənubi Qafqazın geosiyasi təhlükəsizliyi möhkəmləndi;

– ABŞ Zəngəzur dəhlizinə hərbi faktor kimi deyil, iqtisadi, biznes subyekti kimi daxil olur;

– Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi güc mərkəzi olaraq qalır və bütövlükdə regionda təhlükəsizliyin de-fakto təminatçısıdır;

– Bakı və İrəvan arasında düşmənçilik bir geosiyasi resurs olaraq gündəlikdən çıxaraq ləğv olundu.

Ötən həftə baş tutmuş Vaşinqton-Bakı-İrəvan sammitinin Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa regionları üçün geosiyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində ciddi təsirləri var.

Geosiyasi nəticələr

Bütövlükdə bu görüş və imzalanan sənədlər, verilmiş bəyanatlar Cənubi Qafqazın ABŞ-ın strateji maraq dairəsinə daxil olmasının, region ölkələri ilə Vaşinqtonun strateji tərəfdaşlığının rəsmiləşdirilməsidir. Bir qədər də konkretləşdirsək, bu ABŞ ilə Azərbaycanın strateji tərəfdaşlığının yeni səviyyəyə yüksəldilməsi, Ermənistanın isə ABŞ ilə strateji tərəfdaşlığının əsasının qoyulmasıdır.

Prezident İlham Əliyevin Ağ Evdəki qəbulu və imzalanan sənədlər münasibətləri ən yüksək səviyyəyə qaldırdı. Ötən həftədəki qəbulu Prezident Heydər Əliyevin Corc Buş ailəsinin rançosunda görüş ilə müqayisə etmək olar.

Prezident İlham Əliyevin Ağ Evdə Vaşinqtonu “dünyanın 1 nömrəli paytaxtı”, Ağ Ev haqqında isə “dünyanın 1 nömrəli ofis” ifadəsini işlətməsi də Azərbaycanın qlobal geosiyasi prioritetlərini göstərir. Bu, o anlama gəlir ki, ABŞ Trampın rəhbərliyi ilə qlobal liderliyini qaytarıb. Və Azərbaycan geosiyasi maraqlarını Amerikanın liderliyinin bərpası ilə uzlaşdıra bildiyi üçün özünə əlverişli şərtləri təmin edib. Azərbaycan - ABŞ münasibətlərinin bu səviyyəsi regiona kənar geostrateji güclərin müdaxiləsi qarşısında çəkindirici faktor olacaq.

Beləliklə, ABŞ dünyanın geosiyasi baxımdan ən strateji nöqtəsində, ən strateji layihələrdə iştirakını təmin etdi; sülhyaratmada vacib rol oynadı, Orta dəhlizin strateji nöqtəsindəki biznes layihəsində yer aldı, yeni enerji layihələrində iştirakçıya çevrildi. Bununla da sülh və təhlükəsizliyin, nəqliyyat dəhlizinin, enerjinin istehsalı və nəqlinin tərkib hissəsi oldu.

Vaşinqtonda ABŞ ilə Ermənistan arasında TRİPP ilə bağlı imzalanmış sənədin əsas mahiyyəti odur ki, ABŞ Zəngəzur dəhlizinə hərbi faktor kimi deyil, iqtisadi, biznes subyekti kimi daxil olur. Bunun geosiyasi anlamı odur ki, Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi güc mərkəzi olaraq qalır və bütövlükdə regionda təhlükəsizliyin de-fakto təminatçısı Azərbaycan olacaq. Yəni, hərbi-siyasi qüvvələr nisbətində status-kvo Azərbaycanın xeyrinə qalır və Vaşinqtonda imzalanmış sənədlər hərbi-siyasi status-kvonu dəyişməyi nəzərdə tutmur. Hazırkı status-kvo isə sülhə, qlobal əhəmiyyətli iqtisadi layihələrə, bütün regionun birləşməsinə və iqtisadi rifaha yol açıbsa, deməli səmərəlidir. Səmərəlidirsə, qalıcı olması vacibdir.

Bu siyasi gedişlə Prezident İlham Əliyev həm Azərbaycanın, həm Cənubi Qafqazın, eyni zamanda Mərkəzi Asiyanın geosiyasi təhlükəsizliyində açar rol oynayacaq bir konfiqurasiya qurdu. Azərbaycanın liderliyi ilə Cənubi Qafqazın təhlükısizliyi daha da möhkəmləndi, nəqliyyat dəhlizi kimi perspektivi daha da aydınlaşdı və yaxşılaşdı.

Mərkəzi Asiyanın Türkiyə və Avropaya, Yaxın Şərqə siyasi və iqtisadi çıxışı asanlaşdığı üçün siyasi və iqtisadi təhlükəsizliyi də möhkəmlənmiş oldu. Yeni şərtlər Mərkəzi Asiya ölkələrinin müstəqilliyinə ciddi töhfə verir.

Azərbaycan Prezidentinin səfərdən dərhal sonra Türkiyənin Prezidenti, Pakistanın Baş naziri, Özbəkistanın, Qazaxıstanın və Türkmənistanın prezidentləri ilə, Qətər Dövlətinin Əmiri, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, İordaniyanın Kralı, Albaniya və Ukraynanın Prezidentləri, həmçinin Aİ Şurasının Prezidenti ilə müzakirə etməsi əldə olunmuş nəticələrin təsir dairəsinin miqyasını göstərir.

Əsas güc mərkəzləri ilə strateji tərəfdaşlıq nə vəd edir

Azərbaycan Aİ ilə enerji və nəqliyyat sahəsində, ÇXR ilə bütün sahələrdə, indi isə ABŞ ilə ən fundamental sahələri əhatə edəcək strateji tərəfdaşlıq yaratmaqla qlobal səviyyədə geosiyasi və iqtisadi təhlükəsizliyini təmin etməyə tam nail oldu.

Mövcud tarazlaşdırılmış şərtlər daxilində Cənubi Qafqazın, o cümlədən regionun lokomotivi olan Azərbaycanın işlərinə hər hansı neqativ müdaxilə qeyri-mümkündür.

Region ətrafında formalaşmış yeni qlobal situasiya Azərbaycan Prezidentinin Mərkəzi Asiya + Cənubi Qafqaz və Türkiyənin dərin inteqrasiyası, TDT-nin yeni geostrateji güc mərkəzinə çevrilməsinə dair ideyası üçün də əlverişli qlobal və regional təhlükəsizlik şərtlərini yaradır. İndi TDT-nin siyasi, iqtisadi, hərbi inteqrasiyası və qlobal bir güc mərkəzinə çevrilməsi üçün ideal mənzərə formalaşdırılıb.

Prezident İlham Əliyevin 3 ölkənin birliyini nəzərdə tutan “Qafqaz evi” ideyasının da qarşısında demək olar ki, bütün siyasi maneələr aradan qaldırıldı.

Azərbaycan Prezidenti son iki il ərzində C.Bayden administrasiyasının, Fransanın indiki hökumətinin və Avropa İttifaqının bəzi strukturlarının Ermənistanı silahlandırmaqla yeni hərbi forpost yaratmaq, Azərbaycana hərbi təzyiq göstərmək, Cənubi Qafqazda yeni ayırıcı xətt qurmaq kimi planlarına qarşı mübarizə apararaq onları puça çıxara, yeni şərtlər formalaşdıra bildi. Bu gərgin siyasət nəticəsində silah və ayırıcı planlarla gələnləri qovmaq, hamı üçün sərfəli olan iqtisadi layihələrlə gələnlərə isə qapı açmaq mümkün oldu. Bütün destruktiv güc mərkəzləri Cənubi Qafqazdan kənarda qaldı. Bu isə təkcə geosiyasi məğlubiyyət deyil, həm də dünyanın nəqliyyat və enerji arteriyasından kənarda qalmaq, yeni güc mərkəzi ilə əlverişli əməkdaşlıq imkanından məhrum olmaq deməkdir.

Azərbaycan bu şərtlər daxilində qlobal qarşıdurmadan sülh və əməkdaşlıq nöqtəsinə çevrilir.

Azərbaycanın ABS-la strateji əməkdaslığın nəyin ki, başqa tərəfdaşların maraqlarına zidd deyil, əksinə, həm regional, həm də qlobal səviyyələrdə ümumi maraqlara uyğundur. Azərbaycan Prezidenti “Fox News” telekanalına verdiyi müsahibəsində bu məqamı xüsusi vurğulayıb.

Azərbaycan və Ermənistan: düşmənçilikdən tərəfdaşlığa

Avqustun 8-dən Vaşinqtonda Ermənistanla Azərbaycan arasında ziddiyyətlər və düşmənçilikdən yararlanmaq erası başa çatdı. Yardılmış yeni şərtlər iki ölkəni düşməndən tərəfdaşa çevirir. Ortada hər iki tərəfə xeyir gətirəcək birgə neft, qaz, dəmir və avtomobil yolları, elektrik xətləri layihələrinin planları var. Belə layihələr isə beynəlxalq münasibətlərdə möhkəm və uzunmüddətli tərəfdaşlığın iqtisadi təməlidir. Bu layihələr təkcə ABŞ-Azərbaycan və ABŞ-Ermənistan strateji tərəfdaşlığının iqtisadi-infrastruktur təməli deyil, istər-istəməz həm də Azərbaycanla Ermənistanı ortaq strateji infrastruktur layihələri ilə birləşdirəcək.

BTC neft, BTƏ qaz kəmərləri, BTQ dəmiryolu, Avropaya Qara dəniz vasitəsilə kabel xətti Azərbaycanla Gürcüstanı necə strateji tərəfdaşa, daha sonra isə strateji müttəfiqlərə çevirmişdisə, oxşar layihələrin Ermənistanla da gerçəkləşməsi üçün tarixi şərait yaranıb.

Prezident İlham Əliyevin N.Paşinyanla birlikdə Nobel komitəsinə müraciət üzərində birgə işləməklə bağlı təklifi, N.Paşinyana ˝erməni həmkarım˝ deyə xitabı, ˝birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik˝ kimi bəyanatları birlikdə ortaq siyasət yürütməyin mümkünlüyünün parlaq nümunəsidir və çox ciddi bir psixoloji baryerin keçildiyini sübutudur.

Hətta Prezident İlham Əliyev N.Paşinyana etimadını da ifadə etməklə yanaşı ikisinin addından bəyanat verdi; ˝Əgər bizlərdən kimsə, Baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, buraya gəlməzdik. Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək˝.

Baş nazir Nikol Paşinyan dərhal Azərbaycan Prezidentinin iki ölkə rəhbərliyinin adından verdiyi bəyanatla həmrəyliyini bildirdi. ˝...Tam razıyam. Heç bir əlavəm də yoxdur˝ dedi.

“Tramp marşrutu” və Azərbaycanın mövqeyi

“Zəngəzur dəhlizi – Tramp marşrutu”nun formalaşdırılmasına yeni yanaşma “geosiyasi yanaşma”dan imtina olunaraq nəqliyyat dəhlizinin kommersiyalaşdırılması prinsipinin prioritet olmasıdır. Məsələnin ˝kommersiyalaşdırılması˝ tərəflərin maraqlarını əllə toxunula biləcək vəziyyətə gətirəcək. Məhz kommersiya prinsipinin önə çəkilməsi vəziyyətin gərginliyini azaldır.

İndiyə qədər bəzi qüvvələrin ˝geosiyasi faktoru˝ önə çəkməklə vəziyyəti gərginləşdirmək strategiyası puça çıxarıldı.

D.Tramp rasional, praqmatik bir iqtisadçı, beynəlxalq siyasətdə ˝real politic˝ şərtlərinə qətiyyətlə əməl edən siyasətçidir. O həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə qətiyyətli bir realistdir.

Odur ki, Amerikanın ˝Tramp marşrutu˝ ilə bağlı siyasətinin də realist olacağı şübhə doğurmur. Bəs bu kontekstdə realizm özündə nələri ehtiva edə bilər?

Real vəziyyət odur ki, ˝Tramp marşrutu˝na dair anlaşma Ermənistanla ABŞ arasında imzalansa da, TRİPP-in əsas tərəfdaşları Azərbaycan və Türkiyədir. Daha doğrusu, TRİPP-in rentabelli olması Azərbaycan və Türkiyənin ona olan münasibətindən birbaşa asılıdır. Başqa sözlə, Azərbaycan TRİPP-in fəaliyyəti üzərində həm coğrafi, həm də yüklərin yönləndirilməsi, idarəçiliyi, biznes baxımından inhisarçı tərəfdir. Bu o deməkdir ki, TRİPP-in infrastrukturuna yatırılması zəruri olan investisiyanın geriyə qayıtması və gəlir gətirməsi üçün Azərbaycanın bu marşrutda köklü maraqları olmalıdır. Belə ki, Azərbaycan TRİPP-in iqtisadi baxımdan rentabelli olmasında da maraqlı tərəfdaşa çevrilməsi ABŞ üçün vacibdir. Azərbaycanın ABŞ şirkətləri ilə birlikdə TRİPP-in benefisiarı olaraq çıxış etməsi ölkəmizi məntiqi olaraq marşrutun fasiləsiz işləməsində və təhlükəsizliyində də maraqlı tərəfə çevirərdi.

Nəzəri olaraq, tərəflərdən biri hər hansı bir layihədə maraqlarının təmin olunması səviyyəsindən tam razı deyilsə, bu halda ümumi investisiya risklərinin yüksəlməsi labüddür.

İstənilən halda marşruta sərmayə yatırılması kommersiya məsələsidir və çox böyük ehtimalla tərəflər bu kontekstdən çıxış edəcəklər.

Yeri gəlmişkən, D.Tramp administrasiyası və ümumiyyətlə Amerika şirkətləri ənənəvi olaraq “win - win” prinsipindən çıxış edərək, maraqların qarşılıqlı təminatına üstünlük verir. Ümumiyyətlə, iştirakçı tərəflərin hər birinin kifayət qədər maraqlı olması bütün növ müqavilələrin uzunömürlülük səbəbidir.

Əks təqdirdə, avtomatik olaraq infrastruktura yatırılan investisiyaların risk səviyyəsi yüksək qiymətləndiriləcək. Odur ki, çox böyük ehtimalla ABŞ şikətləri marşrutun Ermənistan ərazisindən keçən hissəsində infrastruktura birbaşa investisiya yatırmağa deyil, operatorluğa üstünlük verə bilər. “Reuters”in məlumatına görə marşruta maraq göstərən 9 şirkətin 3-ü Amerika şirkətidir. Başqa bir məlumata görə isə 3 ABŞ şirkəti TRİPP-in operatorluğunu həyata keçirmək niyyətlərini ifadə ediblər. ABŞ-ın öz növbəsində ərazini infrastruktur və idarəçilik üçün konsorsiuma subarendaya verəcəyi ehtimal olunur.

1994-cü ildən, ˝Əsrin müqaviləsi˝ndən başlayan ABŞ və Azərbaycan şirkətlərinin birgə işi əsl beynəlxalq etimad və əməkdaşlıq nümunəsidir. Ötən 31 il ərzində ABŞ və Azərbaycan şirkətlərinin həyata keçirdiyi birgə layihələr bütün mümkün təhlükəsizlik, siyasi, hüquqi və iqtisadi sınaqlardan uğurla çıxıb. 31 illik belə bir tərəfdaşlıq təcrübəsi TRİPP-in formalaşdırılması və fəaliyyəti zamanı da səmərəli ola bilər.

N.Paşinyanın etiraf etdiyinə görə, Ermənistanın hətta məktəb tikmək üçün vəsait tapmaqda çətinlik çəkdiyi bir dövrdə neft və qaz kəmərlərini inşa etmək üçün investisiyası və idarəçilik təcrübəsi də yoxdur.

Başqa tərəfdən dəmiryolu, qaz və neft kəmərlərini, elektrik xətlərini Azərbaycandan yaxşı kim inşa və idarə edə bilər ki?

Zəngəzurda infrastruktura uzunmüddətli, iri sərmayələr yatırıb, onun rentabelli və təhlükəsiz işləməsi qeyd olunan konsorsiumda Azərbaycanın aparıcı rol oynaması riskin azalması, gəlirlərin isə artması ilə nəticələnərdi.

Bütün bu coğrafi, iqtisadi, kommersiya səbəbləri belə deməyə əsas verir ki, ABŞ şirkətlərinin ˝Tramp marşrutu˝ndakı əsas sərmayədar və payçı tərəfdaşlarının Azərbaycan şirkətləri olması iqtisadi məntiqdən doğur.

Odur ki, TRİPP-in infrastrukturu, sərmayələr, mülkiyyət və idarəçilik aspektləri, iş rejimi, təhlükəsizliyin təminatı kimi təfərrüatların müzakirəsi zamanı bu başlıca məqamların nəzərə alınması zəruridir.

Üçtərəfli bəyanatda 3 kateqoriyadan olan yükdaşımaları müəyyənləşib – 1) dövlətlərdaxili, 2) dövlətlərarası, 3) beynəlxalq yükdaşımalar. Ən vacib məqam Azərbaycanın əsas hissəsindən Naxçıvana ˝maneəsiz gediş-gəliş˝prinsipi ilə ˝dövlətlərdaxili yüklər˝ kateqoriyasının müəyyənləşməsi başlıca məqsədə nail olunmasının əlamətləridir. Naxçıvanla əlaqələr ˝dövlətlərdaxili daşımalar˝ kateqoriyasına adiddr.

Paraflanmış sülh sazişi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladıqları sülh sazişinin baza fəlsəfəsi gələcəkdə Ermənistanda baş qaldıra biləcək revanşizmə qarşı hüquqi sərhədd yaratmaqdır. Azərbaycan tərəfi 200 illik tarixi təcrübədən çıxış edərək separatizm, ərazi bütövlüyünə qəsd və ikitərəfli münasibətlərdə üçüncü tərəfin iştirakı, üçüncü tərəflərin təhriki ilə aqressiv siyasətə meyllənmənin qarşısını almaq hədəfinə nail olmağa çalışıb. Bu yanaşma Ermənistanın daxilində separatizm meyllərinin baş qaldırmasının, belə meyllər ətrafında üçüncü tərəflərlə işbirliyini hüquqi cəhətdən mümkünsüz edir. Üçüncü tərəflər isə Cənubi Qafqaza müdaxilə üçün separatizm ideyasından istifadə imkanlarından məhrum olunur. Beləki sülh sazişində siyasi revanşizmi qadağan edən maddələr var.

Siyasi revanşizm qadağan olunur

Sülh sazişində;

- Separatizm pislənir;

- Hazırda bir-birinə qarş ı hər hansı ərazi iddialarının olmadığ ı və gələcəkdə belə iddiaların qaldırılmayacağ ı təsdiq olunur;

- Bir-birinin ˝ərazi bü tö vlü yü və ya siyasi birliyini tamamilə və ya qismən parç alamağ a yö nəlmiş hər hansı bir hərəkətə, o cü mlədən belə hərəkətlərin planlaş dırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəkləri˝ haqda öhdəlik götürür.

Hərbi strateji status-kvonu təmin edən maddələr

Siyasi revanşizmi hərbi ittifaqlardan və hücum mövqelərindən məhrum edən maddələrə gəldikdə isə sülh sazişi ˝öz ərazilərindən hər hansı üçü ncü tərəfin digər Tərəfə qarş ı BMT Nizamnaməsinə zidd olaraq gü c tətbiq etmək üçü n istifadə edilməsinə imkan verməyəcəklərini təsdiq edir˝.

7-ci maddədə qeyd olunur ki, ˝Tərəflər qarş ılıqlı sərhədə hər hansı üçü ncü tərəfin qü vvələrini yerləş dirməyəcəklər˝.

Bu maddə Ermənistanda revanşist meyllərin baş qaldıracağı təqdirdə üçüncü tərəfin hərbi hissələrinin Azərbaycanla sərhəddə toplamasını qadağan edir. Bu maddə Azərbaycana qarşı hərbi alyanslar yaradılmasını və mövcud hərbi ittifaqlardan Azərbaycana qarşı birbaşa istifadəni neytrallaşdırır.

Nəhayət, ˝…sərhəd bö lgələrində təhlü kəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, təhlü kəsizlik və etimad-quruculuğ u tədbirlərini qarşılıqlı razılaşdırılmış halda həyata keç irilməsini˝ nəzərdə tutan müddəa da hərbi strateji dərinliyin nəzarət altına saxlanmasına xidmət edir.

Sülh sazişi və üçtərəfli bəyanat həm silahlanma, həm hərbi ittifaqlardan istifadə, həm hərbi hissələrin yerləşdirilməsi baxımından hərbi-siyasi status -kvonu təmin etməyə yönəlib.

Doqquzuncu maddə – hərbi canilər hədəfdə

Sülh sazişinin 9-cu maddəsi L.T.Petrosyan, R.Koçaryan və S.Sarkisyan kimi müharibə cinayətkarlarına qarşı birgə istintaq tədbirləri görmək üçün hüquqi zəmin yaradır. Həmin maddədə qeyd olunur ki, tərəflər itkin düşmüş və məcburi yoxaç ıxma ilə bağ lı halların araşdırılmasında, ˝mü vafiq olduğ u təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin ş əxslərə mü nasibətdə ədalətin təmin edilməsinin barış ıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli mü vafiq modallıqlar mü zakirə ediləcək və ayrıca saziş də təfərrü atlı ş əkildə razılaş dırılacaqdır˝. Bu maddə nəinki revanşistlərin yuxusunu qaçıracaq, eyni zamanda onların siyasi fəaliyyətinə son qoyacaq çox mühüm məqamdır. 9-cu maddənin tam tətbiqi nəticəsində Koçaryan, Sarkisyan və Ohanyan kimi müharibə canilərinin mühakiməsi bir daha belə faciələrin baş verməyəcəyinin möhkəm siyasi zəmanəti olar, hüquqi presedent yaradardı.

İbrahim MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru

Siyasət