Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Bu barədə DİN-dən məlumat verilib.
Hər bir valideyn bilməlidir ki, uşaqları yol hərəkəti qaydalarını mənimsəmədən və yolda təhlükəni dərk etmədən küçəyə tək buraxmaq onların həyatlarını riskə atmaq deməkdir.
Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur. Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin – onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.
Unutmayın: Təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər.
İzah edin. Nümunə olun. Qoruyun!
P.ƏMİRCANOV
XQ