30 kiloqrama yaxın narkotik vasitə və çətənə kolları aşkarlanıb

post-img

Mayın 31-də və iyunun 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 

Məlumatı DİN-in mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,8 kiloqrama yaxın heroin, 24,2 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metamfetamindən ibarət olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 89 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4897 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat