Ağstafa: rayon rəhbərliyi Şəhidin balalarının toy məclisində

post-img

O Şəhidimizi Ağstafada hamı  “düşmənə dərs keçən müəllim” adlandırır. Çünki məktəb direktoru idi və bu vəzifəsini könüllü tərk edərək Vətən müharibəsinə yollanmışdı. Dərsini də orada keçirdi. Amma öz şagirdlərinə deyil, düşmənə dərs verirdi. Odun-alovun içindən keçərək elə bir dərs keçdi ki, özü də Şəhidliyin zirvəsinə ucaldı.      Bu gün bu böyük müəllimin - Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin oğul övladlarının xoş günüdür.     

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Elvin Elsevər oğlu İmaməliyevin ailəsində, eyni zamanda, hər bir ağstafalının qəlbində sevincli və fərəhli bir gündür. Vətən uğrunda nümayiş etdirdiyi qəhrəmanlıq nümunəsi ilə hər bir azərbaycanlının dilində dastana çevrilən Elvin müəllimin övladları-Təyyar və Turan qardaşlarının kiçik toy mərasimidir. 

Ağstafa şəhərindəki şadlıq evlərindən birində keçirilən toy mərasimində şəhidimizin doğmaları, dostları, o cümlədən rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştriak edirlər.

Allahdan şəhidlərimizə rəhmət diləyir, onların hər bir ailə üzvünə möhkəm cansağlığı, xoşbəxt ömür arzu edirik!
 

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Ağstafa şəhəri

 







Sosial həyat