Düşəndə bərkə – 2 qaşıq sirkə...

post-img

Hər gün 2 qaşıq alma sirkəsini suya qarışdırıb içməyin faydaları saysız-hesabsızdır. Bu barədə təbii vasitələrlə müalicə edən mütəxəssislər jurnalistlərə açıqlama verərkən deyiblər. Onlar, xüsusilə, səhər saatlarında iki xörək qaşığı alma sirkəsini bir stəkan suya qarışdıraraq içməyin immunitet sistemini gücləndirəcəyini bildiriblər.

Mütəxəssislərin fikrincə, alma sirkəsi tərkibindəki təbii turşular sayəsində həzmi asanlaşdırır, eyni zamanda, maddələr mübadiləsini sürətləndirir.

Antibakterial xüsusiyyətləri ilə tanınan alma sirkəsinin ağız sağlamlığından dəri baxımına qədər bir çox müsbət təsirləri var.

Bununla belə, mütəxəssislər alma sirkəsinin mütləq su ilə içilməli olduğunu vurğulayırlar. Turşu quruluşuna görə mədə həssaslığı olan insanların bu qarışımı həkim nəzarəti altında istifadə etmələri tövsiyə olunur.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat