Saatlıda çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlanıb

post-img

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Rüstəm Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Sosial həyat