AQTA-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

post-img

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

XQ xəbər verir ki, tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə çıxış edib. O bildirib ki, Heydər Əliyevin müdrikliyi, məqsədyönlü siyasəti və dərin dövlətçilik düşüncəsi Azərbaycanı parçalanma və dağılma təhlükəsindən xilas edib. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik bərpa olunub, idarəetmə sistemi formalaşıb, xalq-dövlət birliyi möhkəmlənib. Vurğulanıb ki, Azərbaycan xalqı bu dahi şəxsiyyətin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat yolundan və Vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.





Sosial həyat