Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Kəngərli, Şərur və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçularının iştirakı ilə Şərur şəhərində keçirilən tədbirdə nazirliyin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsində ‘Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı’nın əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Fəaliyyət Planının bələdiyyələrin idarəetmə prosesində şəffaflıq, hesabatlılıq və məsuliyyətlilik prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə həmçinin nazirliyin Bələdiyyələrlə iş şöbəsinin baş məsləhətçisi Rövşən Mirzəyev “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təqdimat edib. Məruzədə etik davranış standartları, korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması üsulları barədə məlumat verilib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
S.Həsənov
XQ



