Daha bir ahıl vətəndaşın 100 illiyi qeyd edilib

post-img

DOST Agentliyinin 5 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evində sosial xidmət göstərilən daha bir ahıl vətəndaşın – Gilə Novruzovanın 100 illik yubileyini onunla birlikdə qeyd ediblər.

Gilə Novruzovanı evində ziyarət edən Mərkəzin əməkdaşları onu doğum günü münasibətilə təbrik edib, Agentliyin rəhbərliyi və kollektivi adından ən xoş arzularını çatdırıblar.

Ziyarətdən məmnun qalan G.Novruzova ona göstərilən diqqətə görə təşəkkür edib.

1926-cı ildə Qərbi Azərbaycanda anadan olan Gilə Novruzova İkinci Dünya müharibəsində arxa cəbhədə göstərdiyi xidmətlərə görə medal və ordenlərlə təltif edilib. Ona 2023-ci ildən 5 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial-məişət xidməti göstərilir.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

XQ

Sosial həyat