Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının dosenti Rəna Məmmədova Polis Akademiyasında gənc kursantlara "Ailə və mənəvi həyat" mövzusunda ustad dərsi keçib.
O, ailə institutunun təkamül prosesi, bu sahədə aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. Ustad dərsində məruzəçi ailənin elementləri, uşaqların sosial müdafiəsi, ailə və uşaqlarla işin metodları, məqsəd və vəzifələri barədə danışıb. BDU əməkdaşı iştirakçılara artterapiyanın xüsusi növlərinə aid illüstrativ-praktiki materiallar təqdim edib, onun mənəvi faydasından bəhs edib.
İnteraktiv formada davam edən ustad dərsində kursantları maraqlandıran suallar cavablandırılıb.