Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetinin tələbələrinə mühazirə deyib

post-img

Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün "Cinayət mühakimə icraatında prokurorun rolu" mövzusunda mühazirə deyib.

Mühazirədə Mahir Abbasov cinayət prosesində prokurorun funksiyaları, ibtidai istintaqa prosessual rəhbərlik, sübutların toplanması və qiymətləndirilməsi, həmçinin məhkəmədə dövlət ittihamının müdafiəsi sahəsindəki səlahiyyətləri haqqında ətraflı məlumat verib. M.Abbasov prokurorluq orqanlarının fəaliyyətində şəffaflıq, obyektivlik və qanunçuluq prinsiplərinə toxunaraq bu prinsiplərin hüquqi dövlət quruculuğunda əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb, onlar praktiki məsələlərlə bağlı geniş məlumat alıblar və hüquq mühafizə orqanlarında işləmək perspektivləri barədə fikir mübadiləsi aparılıb.







Təhsil