ABŞ prezidenti Donald Tramp ümid edir ki, aprelin 12-də keçiriləcək “çox böyük görüş” uğurlu olacaq və Tehran nüvə silahı yaratmaq planlarından əl çəkəcək.
ABŞ İranla nüvə proqramı ilə bağlı birbaşa danışıqlara nail olub. CNN xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bazar ertəsi, aprelin 7-də İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqları zamanı bildirib. O ümid edir ki, aprelin 12-də keçiriləcək “çox böyük görüş” uğurlu olacaq və Tehran nüvə silahı yaratmaq planlarından əl çəkəcək.
Tramp aprelin 12-də İranın nüvə proqramı ilə bağlı “çox böyük görüş” olacağını bildirib: “Düşünürəm, hamımız razılaşırıq ki, razılaşma aşkar görünəndən daha yaxşı olacaq”.
Tramp danışıqların uğurlu olacağına və İranı nüvə silahı proqramından əl çəkməyə inandıracağına inanır: “Ümid edirəm ki, bu danışıqlar uğurla nəticələnəcək. Məncə, onların uğurlu olması İranın maraqlarına uyğundur. Biz ümid edirik ki, bu, baş verəcək”.
P.ƏMİRCANOV
XQ