Cənubi Koreyanın yeni prezidenti seçilib

post-img

Müxalifətdəki Demokratik Partiyadan Li Jae-Munq Cənubi Koreyanın yeni prezidenti olub. Ölkənin Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, o, keçmiş dövlət başçısı Yun Sok Yul vəzifəsindən kənarlaşdırıldıqdan sonra təyin edilmiş erkən seçkilərdə qalib gəlib.

Məlumatı “Anadolu” verib. 

Rəsmi nəticələrə görə, Li 49,42% səs toplayıb. Onun əsas rəqibi, hakim Xalq Gücü Partiyasının namizədi Kim Mun Su 41,15% səs toplayıb.

Seçki hazırkı prezidentin impiçmenti ilə əlaqədar keçirildiyindən Li Jae-Mung keçid dövrü olmadan dərhal vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısının səlahiyyətlərini, o cümlədən silahlı qüvvələrə komandanlıq səlahiyyətlərini prezident səlahiyyətlərini icra edən, baş nazirin müavini və təhsil naziri Li Cu Hodan alıb.

Yeni prezidentin andiçmə mərasimi bu gün yerli vaxtla saat 11:00-da Milli Assambleyada baş tutacaq.

P.ƏMİRCANOV
XQ

Dünya