Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefonla münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə cümə axşamı, iyulun 24-də Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Özbəkistan-Türkmənistan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin cari məsələləri bu ilin aprelində Səmərqənd şəhərində keçirilmiş sammitin razılaşmalarının praktiki icrası kontekstində nəzərdən keçirilib.
Qarşılıqlı ticarət dövriyyəsinin dinamik artımı, müəssisələr və sahibkarlıq subyektləri səviyyəsində kooperasiya əlaqələrinin dərinləşməsi, davam edən fəal mədəni-humanitar mübadilə məmnunluqla qeyd olunub.
Beynəlxalq və regional gündəlikdə duran məsələlər, o cümlədən BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransına və Mərkəzi Asiya dövlət başçılarının növbəti Məşvərət Görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
P.ƏMİRCANOV
XQ