Rubio Səudiyyə Ərəbistanı və Britaniya XİN başçıları ilə danışıb

post-img

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper ilə Yaxın Şərqdəki son hadisələri müzakirə etmək üçün telefon danışığı aparıb.

Məlumatı “Anadolu” yayıb. 

ABŞ Dövlət Departamentinin yazılı açıqlamasına görə, Rubio Faysal bin Fərhanla söhbəti zamanı İranın Səudiyyə Ərəbistanına hücumlarını pisləyib. Tərəflər həmçinin krallığın müdafiəsini gücləndirməyin yollarını müzakirə ediblər.

Rubionun britaniyalı həmkarı İvet Kuperlə söhbəti zamanı İran məsələsi də müzakirə olunub. Bununla bağlı bəyanatda deyilir: “Nazirlər Yaxın Şərqdə daha geniş təhlükəsizliyin təmin edilməsi üçün sıx koordinasiyanın vacibliyini vurğulayıblar”.

P.ƏMİRCANOV
XQ

Dünya