Naxçıvan şahmatçıları Türkiyənin Malatya şəhərində keçirilən "Altın Kayısı" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
8-ci dəfə təşkil olunan ənənəvi yarışda 11 ölkədən 486 şahmatçı mübarizə aparıb. Turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə nail olub.
Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk "onluğ"a düşüblər. B qrupunda isə veteran şahmatçı Bahəddin Hətəmov 3-cü yeri tutub.
Qeyd edək ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir. Bu yarışda muxtar respublika 20 idmançı ilə təmsil olunur.
Səbuhi HƏSƏNOV