UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti turun oyunları olub. Ağdamın “Qarabağ” komandası İtaliyada “Napoli”nin qonağı olub.
“Dieqo Armando Maradona” stadionunda V tur çərçivəsində baş tutan qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə meydan sahibləri daha yaxşı oyun sərgiləyiblər. Qarşılaşmanın 56-cı dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Rasmus Höylundun vurduğu on bir metrlik cərimə zərbəsini dəf edib. Lakin 65-ci dəqiqədə meydan sahiblərindən Skott MakTominey hesabı açıb–1:0. 72-ci dəqiqədə isə Marko Yankoviç avtoqol müəllifi olub.
Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da Bakıda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək. Qurban Qurbanovun yetirmələri hazırda turnir cədvəlində 7 xalla 16-cı pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Türkiyənin “Qalatasaray” komandası V tur çərçivəsində doğma meydanda Belçikanın “Union” komandasını qəbul edib. Oyun qonaqların xeyrinə başa çatıb.
Qabil YUSİFOĞLU
XQ

