Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə Dünya kubokuna yekun vurulub. Özbəkistan təmsilçisi Javohir Sindarov birinci olub. O, final görüşünün tay-breykində çinli rəqibi Vey İ ilə dueldən qalib ayrılıb.
Sindarov, Vey İ və yarışı üçüncü sırada bitirən rusiyalı Andrey Yesipenko gələn il keçiriləcək İddiaçılar Turnirində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il İddiaçıların Turnirinin 28 mart – 16 aprel tarixlərində Kiprdə keçiriləcəyini açıqlayıb.
Qrossmeysterlər Pafos şəhəri yaxınlığındakı oteldə oynayacaqlar.
Qabil YUSİFOĞLU
XQ

