AVRO–2026-ya hazırlıq

post-img

Avropa Voleybol Konfederasiyasının AVRO–2026 (CEV EUROVOLLEY 2026) üzrə Təşkilat Komitəsinin nümayəndələri və turnirin yayım tərəfdaşı “İnfront” şirkətinin əməkdaşları noyabrın 25-də Bakıda səfərdə olublar.

Qitə birinciliyində ölkəmizin ev sahibi olduğu C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasının texniki imkanları, infrastruktur, komanda və media zonaları, televiziya yayımı üçün nəzərdə tutulmuş məkanlar, azarkeşlər üçün xidmət sahələri nümayəndələrə təqdim edilib. Qonaqlara görülən işlər, eləcə də qarşıdakı aylarda planlaşdırılan hazırlıq mərhələləri ilə bağlı məlumatlar verilib, geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman