İspaniyanın Roquetas de Mar şəhərində 20-ci ICCD Eşitmə məhdudiyyətlilər Dünya Şahmat Çempionatı keçirilir. Dünyanın 27 ölkəsindən 200-dən çox iştirakçının qatıldığı yarışda ölkəmizi deflimpiyaçı şahmatçılarımız Əhəd Əfəndiyev və Rüfət Nəcəfov təmsil edirlər.
Qeyd edək ki, mayın 15-dək davam edəcək bu nüfuzlu turnir beynəlxalq səviyyədə eşitmə məhdudiyyətli idmançıların ən əhəmiyyətli zəka yarışı hesab olunur.
Qabil YUSİFOĞLU
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

