Sumqayıtda 14 mənzilin su sayğacı oğurlanıb

post-img

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb. Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı A.Məhərrəmov, 33 yaşlı A.İskəndərova və 31 yaşlı S.İskəndərova tutulublar. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanıb. 

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər