Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

post-img

Ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.

Bir sıra bölgələrdə hələ də əlverişsiz hava  şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər