Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşların müraciətlərini dinləyib.
Aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş görüşdə Bakı şəhəri, Biləsuvar və Kürdəmir rayonlarından olan vətəndaşların elektrik dirəklərinin istismar vəziyyəti, enerji verilişində fasilələr, enerjidən istifadəyə görə borcun yaranması, tikintiyə icazə rəyi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
XQ