Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xa­rici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. 

Türkiyəli nazir Azər­baycan–Ermənistan lider­lərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəmizi səmimi-qəlbdən təbrik edib. 

Nazirlər əldə edilmiş razılaşmaların, Azərbay­can və Ermənistan liderlə­ri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 

Telefon danışığı zamanı, həmçinin Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Son xəbərlər