Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletali ilə görüşüb.
AZƏRTAC-ın Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, tərəflər Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında konstruktiv əməkdaşlığı qeyd edib və birgə praktik addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.
Görüş zamanı, həmçinin iki ölkə arasında sağlamlıq mərkəzləri və sanatoriya-kurort müalicəsi sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

