Özbək mütəfəkkirin əsəri ana dilimizdə

post-img

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından özbək xalqının böyük mütəfəkkiri Zəməxşərinin “Müqəddimətül-ədəb” əsəri işıq üzü görüb.

Bunu Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə deyib. “Zəməxşərinin “Müqəddimətülədəb” əsəri türkoloji aləmdə Mahmud Kaşğarinin “Divani lüğat-it Türk” əsərindən sonra mühüm yer tutur. Abidənin ilk növbədə ərəbcə-farsca- türkcə (Xarəzm türkcəsi) lüğət olmasına baxmayaraq, əsərdə yüzlərlə türk söz və söz birləşmələri öz əksini tapıb. Əsər Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur”, - deyə direktor əlavə edib.

Xatırladaq ki, kitab filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi ilə ərsəyə gətirilib. AMEA Əlyazmalar İnstitutunda hazırlanan əsərin elmi redaktoru akademik Teymur Kərimlidir.

XQ

Mədəniyyət