Naxçıvanda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulları və yüzlərlə sakin Şəhidlər xiyabanını ziyarət edib, qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhidlər xiyabanındakı Ana abidəsi və qardaş Türkiyə ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunub, önünə güllər düzülüb.
Səbuhi HƏSƏNOV



.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)