Rusiya Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqu alqışlayır

post-img

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva bu gün Əbu-Dabidə Azərbaycan ilə Ermənistan arasında keçirilən danışıqları alqışlayır.

AZƏRTAC xəbər verir ki, Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya müxtəlif səviyyələrdə iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasını alqışlayacağını dəfələrlə bəyan edib.

D.Peskov vurğulayıb ki, belə bir sazişin bağlanması regiona gözlənilən sabitlik və sülh gətirəcək mühüm amil olacaq. O qeyd edib: “Biz bu prosesi bütünlüklə dəstəkləyirik”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət