Nazir müavini Rəşad Mustafayev Ağcabədi rayonunda vətəndaşları qəbul edib

post-img

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev dekabrın 11-də Ağcabədi rayonunda sakinləri qəbul edib.

XQ xəbər verir ki, müraciət edənlər sırasında müharibə veteranları da olub. R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.









Sosial həyat