Qaxda uşaq bağçasında yanğın olub

post-img

Qax şəhərində uşaq bağçasında yanğın olub.

XQ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qax şəhərində ümumi sahəsi 2400 m² olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində yerləşən texniki otağında 1 ədəd elektrik lövhəsi və 3 ədəd rəsm çərçivəsi yanıb.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə