Tramp: Müxtəlif ölkələr üçün yeni rüsumlar tətbiq olunur

post-img

ABŞ Prezidenti Donald Tramp bildirib ki, sabahdan etibarən Ağ Ev müxtəlif ölkələrə yeni tariflər barədə bildiriş məktubları göndərməyə başlayacaq. Bəzi ölkələr üçün tariflər 70%-ə qədər olacaq. 

Məlumatı “Kommersant” verib. 

“Biz sabahdan müxtəlif ölkələrə məktublar göndərməyə başlayacağıq. Tariflər 60% və ya 70% - 10% və 20% arasında dəyişəcək. Bu, ölkə üçün çoxlu puldur, lakin biz onlara yaxşı sövdələşmələr təklif edirik”, - Tramp jurnalistlərə söhbətində deyib ( The New York Times).

Aprelin əvvəlində Donald Tramp ABŞ-ın 211 ölkə və ərazidən gələn mallara rüsum tətbiq edəcəyini açıqlamışdı. Tariflər aprelin 9-da qüvvəyə minməli idi, lakin prezident son müddəti iyulun 9-na çəkdi. Üç ay ərzində ABŞ Çin, Böyük Britaniya və Vyetnamla ticarət sazişləri bağlayıb.

P.ƏMİRCANOV
XQ

Dünya