Koreya Xalq Demokratik Respublikası (KXDR) Şimali Koreyanın şərq istiqamətində ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələri açıqlama yayıb. Raketin növü və uçuş məlumatları dəqiqləşdirilir. Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndiriblər.
KXDR-in raket buraxılışı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin oktyabrın 31-i noyabrın 1-də Cənubi Koreyada keçiriləcək sammiti ərəfəsində baş tutur.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə mayda qısamənzilli və qanadlı raket sınağı həyata keçirmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin