Hərbi Gürcüstan yolu tamamilə bağlanıb

post-img

Gürcüstan Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ölkədə pisləşən hava şəraiti səbəbindən Şimali Osetiyadakı Hərbi Gücüstan yolunda nəqliyyatın hərəkəti tamamilə bağlanıb.

Məlumatı “İnterfaks.ru” verib. 

Bununla bağlı bəyanatda bildirilir: “Gürcüstanda hava şəraitinin pisləşməsi və nəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü səbəbindən çərşənbə axşamı Moskva vaxtı ilə səhər saat 6:10-dan etibarən bütün növ nəqliyyat vasitələrinin Rusiya Federasiyasından çıxış istiqamətində Vladikavkaz - Lars hissəsində hərəkəti qadağandır”.

Xəbər verildiyi kimi, Gürcüstanda pis hava şəraiti səbəbindən 9 yanvar saat 01:00-dan etibarən Hərbi Gürcüstan yolunda yük maşınlarının hərəkəti dayandırılıb. Bazar ertəsi axşamından etibarən Rusiya Federasiyasından gələn təxminən 1700 yük maşını yolu keçmək üçün gözləyir.

Bu magistral yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoldur.

P.ƏMİRCANOV
XQ

 

Dünya