Filippində Mayon vulkanı yenidən püskürüb

post-img

Yanvarın 13-də Filippində Mayon vulkanında təkrar püskürmə baş verib.

AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, Mayon vulkanının zirvə kraterindən təxminən 100 metr məsafədə qısamüddətli püskürmə baş verib. Vulkanik aktivliyin çərşənbə axşamı səhər tezdən müşahidə olunduğu və təxminən 35 saniyə davam etdiyi bildirilib.

Bölgədə üçüncü təhlükə səviyyəsi elan edib. Mayon vulkanının mümkün püskürmə təhlükəsi səbəbindən təxminən 4 mindən çox insan təsirlənib.

Qeyd edək ki, hündürlüyü 2500 metrədək olan Mayon vulkanı konusvari formaya malikdir. Filippində ən aktiv vulkan hesab olunur.

Dünya