Stolüstü tennis üzrə Zəfər Gününə həsr olunmuş ölkə birinciliyi başa çatıb.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı mübarizə aparıb.
Gərgin rəqabət şəraitində keçən turnirdə qızlar arasında Yağmur Məmmədli ölkə çempionu adına layiq görülüb. Banu Baytallı ikinci, Leyli Məmmədova ilə Rüqəyya Qasımzadə üçüncü pillələrdə qərarlaşıblar.
Oğlanların mübarizəsində ən yüksək nəticəni Onur Quluzadə göstərib. Şakir Qədirov ikinci, Vaqif Babayevlə Ruslan Kərimov üçüncü yerləri tutublar.
Leyla SABİRQIZI
XQ

