Dohadan da xoş xəbərlər gözləyirik

post-img

Bu gün Dohada idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsi başlayacaq. 

Azərbaycan gimnastı Nikita Simonov seriyanın ümumi hesabının lideri kimi halqalarla hərəkətlərdə çıxış edəcək. İdmançımızın 105 xalı var. Bakıdakı turnirdə qələbə ona 30 xal, Kottbus, Osiek və Antalyada qazandığı gümüş medallar isə hər dəfə 25 xal qazandırıb.

Beləliklə, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlib və ümumi seriyada qalib olmağa yaxındır. Dohada digər təmsilçimiz Rəsul Əhmədzadə də çıxış edəcək. O, sərbəst hərəkətlər, dəstəli at, paralel qollar və turnikdə yarışacaq. 

L.QURBANOVA
XQ

 

İdman