Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci “SKDUN Shotokan Karate” üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər.
Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.
Qabil YUSİFOĞLU
XQ

