Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 749 milyon manatlıq məhsul istehsal edilib.
XQ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.
Təkcə sentyabrda isə bu sektorda 420 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,8 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 95 milyard 229,2 milyon manatlıq və yaxud illik müqayisədə 1,3 % çox ÜDM istehsal olunub.
N.Adilqızı
XQ