Noyabrın 30-da Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə deputatlar Kamran Bayramov, Ziyad Səmədzadə, Naqif Həmzəyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Səbinə Xasayeva, Rauf Əliyev, İlham Məmmədov, Cavid Osmanov, Etibar Əliyev, Müşfiq Cəfərov, Arzu Nağıyev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsi barədə fikirlərini bildiriblər, onun hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərdiyini, həmin dövrlərdə ölkə həyatının bütün sahələrinin inkişaf etdiyini deyiblər.
XQ

