Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi yaşıllıq aksiyası keçirib

post-img

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi tərəfindən yaz mövsümünə hazırlıq məqsədilə yaşıllıq aksiyası təşkil olunub.  

Aksiya Şuranın inzibati binasının həyətyanı sahəsində həyata keçirilib. Aksiya zamanı ətraf ərazi tullantılardan təmizlənib, yaşıllıq sahələrinə qulluq göstərilib, ağac və gül kolları əkilib. Həmçinin abadlıq və səliqə-sahman işləri aparılaraq ərazinin ümumi görünüşü yenilənib.  

Təşkil olunan aksiyada Həmkarlar İttifaqları Şurası kollektivinin ətraf mühitə qayğı və ekoloji məsuliyyət duyğusunun göstəricisi olmaqla yanaşı, əməkdaşlar arasında həmrəyliyin və birgə fəaliyyətin təşviqinə də xidmət edir.   Qeyd edək ki, bu cür təşəbbüs Muxtar Respublikada yaşıllıqların qorunması və abad mühitin yaradılması istiqamətində görülən işlərə dəstək məqsədi daşıyır.



Son xəbərlər