İyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 şəxs qida zəhərlənməsi diaqnozu ilə daxil olub. Xəstələrin vəziyyəti orta ağır, iki xəstənin vəziyyəti isə ağır idi. Doqquz xəstə azyaşlı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Nəzmin Allahverdiyeva deyib.
O qeyd edib ki, aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıblar.