Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332,1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743, № 11, maddə 1008; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 16-4.4-1-ci maddəsində “2026-cı” sözləri “2027-ci” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2026-cı il

